Sepah-ın baş komandanı: Səudiyyəlilərin Suriyaya quru hücumu cürəti və qüdrəti yoxdur
https://azeri.sahartv.ir/news/İran-i208156-sepah_ın_baş_komandanı_səudiyyəlilərin_suriyaya_quru_hücumu_cürəti_və_qüdrəti_yoxdur
Sepah-ın baş komandanı deyib ki, səudiyyəlilərin Suriyaya quru hücumu cürəti və qüdrəti yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2016 11:20 Asia/Baku
  • Sepah-ın baş komandanı: Səudiyyəlilərin Suriyaya quru hücumu cürəti və qüdrəti yoxdur
    Sepah-ın baş komandanı: Səudiyyəlilərin Suriyaya quru hücumu cürəti və qüdrəti yoxdur

Sepah-ın baş komandanı deyib ki, səudiyyəlilərin Suriyaya quru hücumu cürəti və qüdrəti yoxdur.

Sepah-ın baş komandanı general-leytenant pasdar Məhəmməd Əli Cəfəri İslam İnqilabı üzrə 3-cü rəqəmsal sərgidə Təsnim xəbər agentliyinin pavilyonundan baxış keçirmənin kənarında səudiyyəlilərin Suriya torpağına quru yolu ilə girmək iddiası barədə əlavə edib: Səudiyyəlilərin Suriyaya quru hücumu cürəti olmayıb və olmayacaq da, zira səudiyyəlilər Suriya torpağına quru girişi səviyyəsində və belə bir səviyyədə hərəkət etmək qüdrətinə malik deyillər.

General-leytenant Cəfəri deyib: Ola bilsin, səudiyyəlilər səmadan Amerikanın və başqalarının təchizatları ilə Suriyada xalq və ordu qarşısında terrorçuları gücləndirmək üçün addımlar atmış olsunlar, amma bu kimi addımlar nəticə verməyəcək, zira Suriyanın ordusu və xalqı öz torpağının himayəsində əzmkardırlar.

Yəmənli qüvvələrlə qarşılaşmada problemlə üzləşmiş Ərəbistan fevralın əvvəllərində bildirdi ki, Suriyaya quru qoşunları yeritmək niyyətnidədir və bu hərəkət Türkiyənin dəstəyi ilə üzləşdi.