Fev 19, 2016 10:49 Asia/Baku
  • Rəvançi: Nüvə anlaşması çoxtərəfliliyin birtərəfliliyə qələbəsidir
    Rəvançi: Nüvə anlaşması çoxtərəfliliyin birtərəfliliyə qələbəsidir

İran xarici işlər nazirinin Avropa və Amerika ölkələri üzrə müavini deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı çoxtərəfliliyin birtərəfliliyə qələbəsidir.

İRNA-nın məlumatına görə, İran xarici işlər nazirinin AVropa və Amerika ölkələri üzrə müavini Məcid Təxt Rəvançi cümə axşamı günü Parisdə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı YUNESKO-nun qərargahında keçirilən Diplomatiyaya Qayıdış Beynəlxalq Konfransında Əhatəli Müştərək Təşəbbüs Proqramını beynəlxalq əlaqələr səhnəsində uduş-uduş strategiyasının yararlı olmasının göstəricisi kimi qiymətləndirib.

Rəvançi əlavə edib: Güc və sanksiyaların tətbiq olunması məğlubiyyətə uğramış siyasətdir, beynəlxalq problemlərin həllinə kömək etmir və bu metodun dövrü sona çatmışdır.

İran xarici işlər nazirinin Avropa və Amerika ölkələri üzrə müavini deyib: BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatı YUNESKO mədəni işlər görməklə, dialoq və çoxtərəfliliyin güclənməsini təlim keçməklə beynəlxalq məsələlər, regional böhranlar, xüsusilə də terrorizm və radikallıq böhranının həllinə kömək edə bilər.

Məcid Təxt Rəvançi İranofobiya projesinə toxunaraq bildirib: Nüvə müzakirələrindən öncə və müzakirələr zamanı bu proje bəzi ölkələr tərəfindən davam etdi və hətta Əhatəli Müştərək Təşəbbüs Proqramından sonra da bəziləri milyonlarla dollar vəsait xərcləyərək İranofobiyanı genişləndirməyə çalışdılar, lakin uğur qazanmadılar. Çünki Əhatəli Müştərək Təşəbbüs Proqramı bu projenin sonudur.

YUNESKO-nun evsahibliyi və BMT Universitetinin əməkdaşlığı ilə keçirilən bu bir günlük konfransda nüvə müzakirələrində İran İslam Respublikasının yüksək səviyyəli müzakirəçisi Məcid Təxt Rəvançi və 5+1 qrupunda Fransanı müzakirəçisi Nikola De Rivier nüvə müzakirələri, həmçinin elmi cəhətdən böhranların həllində diplomatiyanın yeri barədə öz fikirlərini bəyan ediblər.

Teqlər