Fev 24, 2016 10:48 Asia/Baku
  • İngiltərənin İrandakı səfirliyinin konsulluq xidməti fəaliyyətə başlayıb
    İngiltərənin İrandakı səfirliyinin konsulluq xidməti fəaliyyətə başlayıb

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İngiltərə səfirliyinin konsulluq xidmətinin fəaliyyətə başlamasından xəbər verib.

İRİB-nin verdiyi məlumata görə, Sadiq Hüseyn Cabiri Ənsari deyib: İngiltərə dövlətinin bildirişinə və daha öncə iki ölkə arasında əldə olunmuş anlaşmanın icrasına əsasən İngiltərənin Tehrandakı səfirliyinin konsulluq xidməti bu gündən etibarən fəaliyyətini bərpa etmiş olub.

İngiltərə İrandakı səfirliyinin fəaliyyətini dayandırmasından 4 il sonra, bu ölkənin xarici işlər naziri Flip Hamundun ötən yay İrana səfər etməsi ilə, bu səfirliyin fəaliyyətini yenidən bərpa etmişdi.

İngiltərənin Tehrandakı səfirliyi 2011-ci ilin noyabrında etirazçıların səfirliyə daxil olmasının ardınca öz fəaliyyətini dayandırmış və bütün İngiltərə diplomatları İranı tərk etmişdilər.

Teqlər