Fev 26, 2016 13:04 Asia/Baku
  • Ruhani: Seçkilər siyasi müstəqillik və milli suverenlik simvoludur
    Ruhani: Seçkilər siyasi müstəqillik və milli suverenlik simvoludur

İran İslam Respublikasının prezidenti deyib ki, seçkilər İranın siyasi müstəqilliyi və milli suverenliyi simvoludur.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün, cümə, İslam Şurası Məclisinə onuncu və Rəhbərlik Xübreqanı Məclisinə beşinci dövr seçkilərdə iştirakdan sonra müxbirlər qarşısında vurğulayıb: Dövlət xalqın səsini böyük bir əmanət bilir və bu əmanəti qorumaq üçün əlindən gələni edəcək.

İran İslam Respublikası prezidenti əlavə edib: Əgər İslam İnqilabından öncə əcnəbi əllər ölkənin idarəsi üçün qərar çıxarırdılarsa, hazırda İran xalqı seçki məntəqələrində olaraq, öz səsi ilə ölkə üçün qərar çıxarır.

Ruhani xalqın bugünkü siyasi iştirakını onun İranın gələcəyinə ümidvarlığı və quruluşa və məsul şəxslərə etimadı anlamı bilərək deyib: Bütün dünyada İranın dostlarının gözləri İrana yönəlib və İran xalqı bu gün öz nəzəri, dərki və iradəsi ilə digər bir böyük qəhrəmanlıq yaradacaq.

İran prezidenti daha sonra deyib: Xalqın mübarək nəzəri ilə formalaşacaq hər bir tərkibə malik hər bir məclis dövlət üçün möhtərəmdir. O, əlavə edib: Bütün xalq əksəriyyət səsə hörmət edəcək və bizim səs əksəriyyətinə söykənməyimiz və səs qutularına baxışımız da bu gün olacaqdır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də İslam Şurası Məclisinə onuncu və Rəhbərlik Xübreqanı Məclisinə beşinci dövr seçkilərdə iştirakın kənarında deyib ki, seçkilər dini demokratiya simvolu və İran İslam Respublikasının əsasıdır.

Zərif seçkilərin İranın nüvə müzakirələrində qüdrətlə iştirakına və zalımcasına sanksiyalara son qoymasına səbəb olduğunu bildirərək, deyib: İran xalqı indidyədək seçkilər səhnəsində gözəl şəkildə göstərdi ki, bütün problem və təzyiqlərə rəğmən, hakimiyyətlə müttəfiq və bu quruluşua dayaqdır.

İranın xarici işlər naziri söyləyib: Şübhəsiz, bu gün də xalq İslam Şurası Məclisinə və Rəhbərlik Xübreqanı Məclisinə seçkilərdə əzəmət və böyük sayıqlıqla iştirak edərək, bir daha dünyaya göstərəcəkdir ki, İran İslam Respublikası quruluşu ilə yanaşıdır, onu dəstəkləyir və məhz bu hərəkət beynəlxalq səhnədə İranın qüdrətinin ən böyük səhifəsi olacaqdır.

Teqlər