Səsvermə müddəti bütün İranda uzadılıb
https://azeri.sahartv.ir/news/İran-i209167-səsvermə_müddəti_bütün_İranda_uzadılıb
İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahı bir məlumatda İslam Şurası Məclisinə onuncu və Rəhbərlik Xübreqanı Məclisinə beşinci dövr seçkilərinin vaxtını iki saat uzadıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2016 16:05 Asia/Baku
  • Səsvermə müddəti bütün İranda uzadılıb
    Səsvermə müddəti bütün İranda uzadılıb

İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahı bir məlumatda İslam Şurası Məclisinə onuncu və Rəhbərlik Xübreqanı Məclisinə beşinci dövr seçkilərinin vaxtını iki saat uzadıb.

IRIB-nin məlumatına görə, İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının məlumatında belə deyilir: İrandakı seçki dairələrindən səsvermə müddətinin uzadılması xahişi haqda əldə olunan məlumatlara görə, daxili işlər nazirinin razılığı ilə seçki qanununun icrası üzrə qaydaya əsasən, səsvermə müddəti bütün İranda iki saat, yəni saat 20-dək uzadılır.