Mart 01, 2016 18:42 Asia/Baku
  • Cənubi Koreya İran ilə iqtisadi əlaqələri geişləndirir
    Cənubi Koreya İran ilə iqtisadi əlaqələri geişləndirir

Cənubi Koreya Parlamentinin sədri İran İslam Respublikası ilə siyasi-iqtisadi əlaqələrin genişləndirilməsini istəyib.

İRNA-nın məlumatına görə, Cənubi Koreya Parlamentinin sədri Cang Ey Hova İranın Seuldakı səfiri Həsən Tahiriyan ilə görüşdə İran ilə əlaqələrin önəminə təkid edib və deyib: Nüvə anlaşmasının əldə olunması ilə yaranmış yeni atmosfer iki ölkə arasında iqtisadi əlaqələrə zəmin yaratmışdır.

Ey Hova İran və Cənubi Koreya arasında mövcud olan potensiallara işarə və ümidvarlıq edib ki, sanksiyaların ləğv edilməsindən sonrakı dövrdə iki ölkə əlaqələri daha artıq inkişaf etsin.

Cənubi Koreya Parlamentinin sədri həmçinin, İranın nüvə işi ilə bağlı müzakirələrin nümunə qərar verilməsi Cənubi Koreya ilə Şimali Koreya arasındakı ixtilafları həll etmək və Koreya yarımadasında sülh və təhlükəsizliyə nail olmaq olar.

İranın Cənubi Koreyadakı səfiri Həsən Tahiriyan da İranın nüvə işinin müzakirə yolu ilə həll edilməsini, sadəcə Yaxın Şərq üçün deyil, dünya üçün bir sülh müraciətinə malik olan hadisə adlandırıb.

İran səfiri sanksiyaların ləğv edilməsindən sonra iki ölkə arasında yaranmış yeni əməkdaşlıq atmosferinə işarə edərək, deyib: Bu şərait İranda fəaliyyət göstərən koreyalı şirkətlər üçün faydalı ola bilər.

Teqlər