Mart 02, 2016 10:51 Asia/Baku
  • İrana səfər etmək istəyən amerikalı turistlərin müraciəti artıb
    İrana səfər etmək istəyən amerikalı turistlərin müraciəti artıb

İranın Vaşinqtonda mənafeyini qoruyan ofisin rəsmilərindən biri son aylarda İrana səfər etmək üçün turistlərin misli görünməmiş şəkildə artdığına toxunaraq deyib: Bu ofis indiyə qədər İrana getmək üçün minlərlə viza vermişdir.

Mənuçehr Cəfərzadə İRNA-ya müsahibəsində deyib: Rəsmilərin xarici turistlərə viza verməkdən çəkinməsi ilə əlaqədar xəbər əsassız və şayiədir.

O əlavə edib: Hər gün yüzlərlə turist uzun sıralarda bu ofisə müraciət edir və İranın Vaşinqtondakı mənafeyini qoruyan ofis təkcə indiyə qədər İrana getmək istəyən turistlərə 9 mindən çox viza vermişdir.

Cəfərzadə bildirib: İran dünyanın 9 ölkəsinin vətəndaşları istisna olmaqla xarici vətəndaşlara vizanın verilməsi ilə əlaqədar ilkin heç bir şərt təyin etməyib. Hazırda dünyanın 190 ölkəsinin vətəndaşı asanlıqla və viza almadan 7 hava sərhədindən İrana daxil ola bilər və aeroportlarda 30-45 gün müddətinə İranda qalmaq üçün icazəni alam bilərlər.

Mir Korporation Turizm Agentliyi rəhbərinin müavini Eni Lukas da İRNA-ya verdiyi müsahibədə qeyd olunan şayiələri rədd edib və ötən aylarda İrana getmək istəyən və bu agentliyə müraciət edənlərin 200%-dən çox artdığını bildirərək deyib: Bu rəqəm hər gün artmaqdadır və agentliyin direktorları turistlərin artmaqda olan müraciətlərinə cavab vermək üçün yeni tədbirlər görməyə məcburdurlar.

Lukas bildirib ki, bu agentlik ötən aylarda İrana getmək istəyən turistlərin icazəsi ilə əlaqədar istənilən çətinlik və yaxud qadağa ilə üzləşməmişdir. Yalnız işçilərin çoxlu sayda müraciətlərə cavab vemək və İranda otel rezerv etmək çətinliyi vardır. Bu da xaricilərin İrana getmək üçün müraciətinin çox olmasına görədir.

Teqlər