Mart 03, 2016 10:57 Asia/Baku
  • Məhəmməd Hüseyn Moqimi
    Məhəmməd Hüseyn Moqimi

İran Seçki Qərargahının sədri deyib ki, İran parlamentinə seçkilərin ikinci turunda 138 nəfər 69 yer üçün rəqabət aparacaq.

Məhəmməd Hüseyn Moqimi bir mətbuat konfransında ötən dövrlə müqayisədə yeddi isfənd seçkilərində iştirakın dörd milyon nəfərlik artımına toxunaraq, deyib ki, bu seçkilərdə 34 milyon nəfərlik iştirak xalqın və rəsmilərin yekdillik və həmrəyliklərinin təzahürüdür.

O, əlavə edib: İndiyədək 121 məclis üzvü seçilib, 69 digər məclis üzvü də ikinci mərhələdə bu 138 namizəd arasından seçiləcək.

Tehran xüsusiyyət təşkil etməklə İslam Şurası Məclisi və Rəhbərlik Xübreqanı Məclisinə seçkilərin nəticələrinin aydınlaşması ilə İranda real demokratiyanın digər bir səhifəsi nümayiş etdirildi.

Nəticələrin elan olunması ilə məlum oldu ki, Tehranda mötədillər və islahatçılar siyahısı qalib gəlib və üsulçular siyahısının namizədlərindən heç biri İslam Şurası Məclisinə keçməyibdir.

Teqlər