Xalqın seçkilərdə möhtəşəm iştirakı İslam Respublikası quruluşu və İran xalqının qələbəsidir
https://azeri.sahartv.ir/news/İran-i209920-xalqın_seçkilərdə_möhtəşəm_iştirakı_İslam_respublikası_quruluşu_və_İran_xalqının_qələbəsidir
Tehranın bu həftəki cümə namazının xətibi 26 fevral seçkilərində möhtəşəm iştirakı İslam Respublikası quruluşu və İran xalqının qələbəsi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2016 12:06 Asia/Baku
  • Xalqın seçkilərdə möhtəşəm iştirakı İslam Respublikası quruluşu və İran xalqının qələbəsidir
    Xalqın seçkilərdə möhtəşəm iştirakı İslam Respublikası quruluşu və İran xalqının qələbəsidir

Tehranın bu həftəki cümə namazının xətibi 26 fevral seçkilərində möhtəşəm iştirakı İslam Respublikası quruluşu və İran xalqının qələbəsi adlandırıb.

Tehranın bu həftəki cümə namazının xətibi Ayətulah Əhməd Xatəmi cümə namazı xütbələrində İran xalqının İslam Şurası və Rəhbərlik Xobrəqan Məclisləri seçkilərindəki möhtəşəm iştirakına toxunaraq bildirib: Reallıq budur ki, İranda son 36 ildə seçkilərin həqiqi qalibi İslam Respublikası quruluşu və xalq olmuşdur.

Tehranın bu həftəki cümə namazı xətibi İslam Respublikası quruluşundakı seçkiləri digər ölkələrlə müqayisə edərək deyib: İran vətəndaşlarının seçkilərdə 62%-lik iştirakı dünyanı heyrətdə qoydu. Halbuki qərb ölkəlkərində bu iştirak 30-50%-i keçmir.

Ayətullah Xatəmi həmçinin Fars Körfəzi Əməkdaşlıq Şurasının çərşənbə günü Livan Hizbullahına qarşı bəyanatına reaksiyada deyib: Bu şuraya üzv ölkələr sionist rejimlə əlaqələrini normallaşdırmaq ardıncadırlar və Qüdsü işğal etmiş rejimin siyasətləri çərçivəsində addım atırlar.

Tehranın müvəqqəti imam cüməsi bəzi ölkələrin ABŞ və sionist rejimin siyasətlərini icra etmək üzrə funksiyasını onların öz zərərinə adlandırıb və əlavə edib: Belə funksiyalar bu ölkələr üçün qeyri-münasib nəticələr və region xalqlarının irimiqyaslı etirazlarına səbəb olacaq.