1-ci instansiya məhkəməsi Babək Zəncaniyə edam qərarı verib
Mart 06, 2016 16:52 Asia/Baku
İranın Məhkəmə Hakimiyyətinin sözçüsü deyib: Neft korrupsiyası ilə əlaqədar işlə bağlı Babək Zəncaniyə edam qərarı verilib.
İRİB-in məlumatına görə, İranın Məhkəmə Hakimiyyətinin sözçüsü Qulamhüseyn Möhsüni Ejeyi bazar günü Tehranda mətbuat konfransında deyib: 1-ci instansiya məhkəməsində neft korrupsiyası işi ilə əlaqədar Babək Zəncani və daha iki nəfərə edam qərarı verilib.
Möhsüni Ejeyi deyib: 1-ci instansiya məhkəməsi neft korrupsiyası işində Babək Zəncanini əsas müttəhim olaraq müəyyənləşdirib.
İranın Məhkəmə Hakimiyyətinin sözçüsü deyib: Məhkəmə hakimi edam qərarından əlavə, müttəhimləri şikayətçilərin tələblərini qaytarmaq və çirkli pulların yuyulması üzrə dörddə bir nağd pul ödəməyə məhkum edib.