Prezident Ruhani: Xalqa etimad quruluşun yaşaması üçün möhkəm dayaqdır
https://azeri.sahartv.ir/news/İran-i210163-prezident_ruhani_xalqa_etimad_quruluşun_yaşaması_üçün_möhkəm_dayaqdır
İran İslam Respublikası prezidenti Həsən Ruhani deyib: İran xalqının İslam Şurası və Rəhbərlik Xobrəqan Məclisləri seçkilərində möhtəşəm və maksimum iştirakı islam quruluşunun sütunlarını daha da möhkəmlətdi və hökumət də sağlam və möhtəşəm seçkilərin keçirilməsi üçün öz səyini göstərdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2016 14:43 Asia/Baku
  • Prezident Ruhani: Xalqa etimad quruluşun yaşaması üçün möhkəm dayaqdır
    Prezident Ruhani: Xalqa etimad quruluşun yaşaması üçün möhkəm dayaqdır

İran İslam Respublikası prezidenti Həsən Ruhani deyib: İran xalqının İslam Şurası və Rəhbərlik Xobrəqan Məclisləri seçkilərində möhtəşəm və maksimum iştirakı islam quruluşunun sütunlarını daha da möhkəmlətdi və hökumət də sağlam və möhtəşəm seçkilərin keçirilməsi üçün öz səyini göstərdi.

İran prezidenti bazar günü Tehranda keçirdiyi mətbuat konfransında 26 fevral Rəhbərlik Xobrəqan və İslam Şurası Məclisləri seçkilərinə toxunaraq əlavə edib: İran xalqı bu seçkilərdə bir daha quruluş və İslam İnqilabının Böyük Rəhbərinə öz etimadını əks etdirdi və səsvermədə möhtəşəm iştirakı ilə dünyanı heyrətdə qoydu.

Qərbin İran əleyhinə sanksiyalarının ləğv olunmasına münasibət bildirən İran prezidentinin sözlərinə görə, İran və dünyanın 6 qüdrəti arasında nüvə anlaşmasından öncə iddia olunurdu ki, İran İslam Respublikası beynəlxalq sülhü təhlükəyə atıb. Lakin bu gün beynəlxalq ictimaiyyətdə önəmli ölkəyə çevrilmişdir.

İran İslam Respublikası prezidenti bildirib: Bu gün İranda hakim olan təhlükəsizlik regionun heç bir ölkəsində yoxdur.