İran və Rusiya arasında məsləhətləşmələr davam edir
https://azeri.sahartv.ir/news/İran-i210355-İran_və_rusiya_arasında_məsləhətləşmələr_davam_edir
Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov və İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan Tehranda görüşüb, danışıqlar aparıblar. Əmir Abdullahiyan və Boqdanov Suriyanın milli birliyi və ərazi bütövlüyünün qorunmasına təkid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2016 07:31 Asia/Baku
  • İran və Rusiya arasında məsləhətləşmələr davam edir
    İran və Rusiya arasında məsləhətləşmələr davam edir

Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov və İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan Tehranda görüşüb, danışıqlar aparıblar. Əmir Abdullahiyan və Boqdanov Suriyanın milli birliyi və ərazi bütövlüyünün qorunmasına təkid ediblər.

Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Mixail Boqdanov İran və Rusiyanın Qərbi Asiya məsələləri barədə davamlı məsləhətləşmələr aparmalarını müsbət qarşılayaraq, regional böhranların həll edilməsi, regionda sülh və sabitliyin bərpa olunması üçün Suriyada bütün siyasi qrupların meydana daxil olmasını və növbəti Cenevrə müzakirələrində iştirak etmələrini danışıqların uğur qazanmasının yeganə şərti adlandırıb.

Əmir Abdullahiyan da terrorizm ilə mübarizənin uğurlu şəkildə aparılması üçün bütün ölkələrin ciddi iradə nümayiş etdirməli olduqlarını həmçinin, terrorçuların maliyyə qaynaqlarının kəsilməsini, terrorçuların silahlandırılmasının durdurulmasını vacib adlandırıb.

Bu görüşdə Yəmən olayları barədə də deyilib: Tehran və Moskva BMT-nin Yəmən böhranının siyasi yolla həll edilmsi üzrə səylərini himayə edərək, Yəmənə qarşı hərbi seçimdən istifadənin davam etməsinin regionda böhranın dərinləşməsinə xidmət etdiyinə inanırlar.