Zərif Sinqapur baş naziri və parlament sədri ilə görüşüb
İran İslam Respublikası xarici işlər naziri Sinqapurun baş naziri və parlament sədri ilə görüşərək iki ölkə əlaqələrinin ikitərəfli, regional və beynəlxalq sahələrdə genişlənməsi barədə fikir mübadiləsi aparıb.
İRNA-nın məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü Sinqapura rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Li Hesin Lonqla görüşdə sanksiyaların ləğvindən sonrakı dövrdə iki ölkə əməkdaşlıqlarının genişləndirilməsi üçün müxtəlif iqtisadi sahələrdəki mövcud potensiallarını qeyd edib.
Sinqapur baş naziri də bu görüşdə bildirib: Sinqapur İranla bütün sahələrdə iqtisadi əlaqələr və əməkdaşlıqları genişləndirməyə hazırdır.
Li Hesin Lonq İran əleyhinə tətbiq olunan sanksiyaların ləğv edilməsinə toxunaraq deyib: Sinqapur yeni şəraitdə bütün sahələrdə İranla iqtisadi əməkdaşlıqları genişləndirmək niyyətindədir.
Bu arada Zərif Sinqapur parlamentinin sədri xanım Həlimə Yaqubla görüşdə parlament və iqtisadi əməkdaşlıqların genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Ötən gecə Sinqapur rəsmiləri ilə görüşmək üçün İndoneziyadan bu ölkəyə səfər edən İran xarici işlər naziri bu gün bu ölkənin xarici işlər naziri, Mərkəzi Bankının sədri, daxili işlər və ədliyyə nazirləri ilə də görüşərək münasibətlərin genişlənməsi barəsində danışıqlar aparıb.
Zərif sabah Asiyanın cənub-şərqi və okeaniyaya səfəri çərçivəsində Bruneyə yola düşəcək.