Mart 09, 2016 14:47 Asia/Baku
  • Sepah-ın baş komandan əvəzi: İran raketləri sanksiyaların məhsuludur
    Sepah-ın baş komandan əvəzi: İran raketləri sanksiyaların məhsuludur

İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandan əvəzi İranın ballistik raketlərinin hədəfə doğru atılmağa hazır vəziyyətdə olduğunu bildirib.

General Hüseyn Səlami bu gün "Vilayət İqtidarı" raket manevrinin sonuncu mərhələsinin davamında jurnalistlərə deyib: İran ballistik raketlərdən ibarət böyük bir cəbbəxanaya malikdir və bu raketlər sanksiya illərinin məhsuludur.

General Səlami raket manevrlərinin raket sistemlərinin hazırlıq vəziyyətinin qorunub saxlanılması və yüksəldilməsi məqsədi ilə həyata keçirildiyini bildirib və deyib: Ötən gün müxtəlif raket platformalarından təyin olunmuş hədəflərə doğru raketlər buraxıldı. Bu gün də ölkənin mərkəzi ərazilərindən təyin olunmuş hədəflərə doğru raketlər buraxıldı.

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandan əvəzi İranın silahlı qüvvələrinin ölkənin müdafiəsinə tam hazır vəziyyətdə olduğunu elan etməyin "Vilayət İqtidarı" manevrinin başlıca məqsədlərindən olduğunu bildirib və deyib: Bu raketlər bütün İslam diyarında təhlükəsizlik, sabitlik, himayə və iqtidara şərait yaradacaq.

"Vilayət İqtidarı" raket manevri "Vəhdət, həmrəylik, yekdillik və əməkdaşlıq sayəsində davamlı iqtidar və təhlükəsizlik nümayişi" şüarı ilə İranın müxtəlif məntəqələrində bir neçə mərhələdə icra olundu. Manevrin keçirilməsində məqsəd İranın istənilən növ təhdidə qarşı tam hazır olduğunu nümayiş etdirmək olub.

Teqlər