Laricani Ankara partlayışı ilə bağlı başsağlığı verib
İran İslam Şurası Məclisinin sədri Əli Laricani çərşənbə günü Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəmana ünvanladığı müraciətdə Ankarada törədilən son terror aktında bir qrup Türkiyə vətəndaşının həlak olması ilə bağlı Türkiyə xalqı və dövlətinə başsağlığı verib.
İran İslam Şurası Məclisi sədrinin başsağlığı müraciətində bildirilir: Bu terror aktını pisləməklə yanaşı, qardaş və dost Türkiyə parlamenti, dövləti və xalqının dərdinə çıxır və zərərçəkənlərin ailələrinə bağşsağlığı verirəm.
Bu müraciətdə bildirilir: Bu xoşagəlməz hadisə bir daha dünya ölkələrinin sülh və stabilliyi üçün terror qruplaşmalarının geniş təhlükəsini xatırladır və bu qruplaşmaları məhv etmək istiqamətində hərtərəfli mübarizə üçün ciddi iradənin zəruriliyini vurğulayır.
Bazar günü Ankarada əsas nəqliyyat stansiyasında bomba quraşdırlmşı bir avtomobilin partladılması nəticəsində ən azı 37 nəfər həlak olub və 125 nəfər də yaralanıb.