Zərif və Davudoğlu sanksiyasonrası dövrdə Tehran-Ankara həmkarlıqlarının genişləndirilməsini vurğulayıblar
Türkiyədə səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüşərək, onunla iki ölkənin əlaqələri və həmkarlıqları haqda fikir mübadiləsi aparıb. İki tərəf bu görüşdə sanksiyasonrası dövrdə Tehran-Ankara həmkarlıqlarının genişləndirilməsini vurğulayıb.
Türkiyənin baş naziri şənbə günü axşam keçirilən bu görüşdə iki ölkə iqtisadiyyatlarının bir-birilərini təkmilləşdirdiklərini bildirərək, deyib: Adi ticarət mübadiləsi üsullarından keçməli və güzəştli ticarətdən əhatəli tariflər barədə düşünməliyik.
O, İranın islami ölkələrin İstanbul sammitində ən yüksək səviyyədə iştirakının önəmini vurğulayıb və iclasın "sülh, birlik və həmrəylik" şüarına toxunaraq, deyib ki, İslam Əməkdaşlığı Təşkilatı İslam dünyasının birliyi simvolu olmalıdır.
Davudoğlu həmçinin qarşılıqlı həmkarlıqların enerji və nəqliyyat daxil olmaqla müxtəlif sahələrdə genişləndirilməsi vacibliyini vurğulayıb. O, deyib: Biz daim İranla yaxşı əlaqələr tərəfdarı olmuşuq və olacağıq da. Biz sanksiyalar dövründə İranla ən yaxşı əlaqələrə malik idik və hazırda əməl zamanı olan sanksiyasonrası dövrdə təbii olaraq, ən yaxşı əlaqələrə malik olmalıyıq.
Doktor Zərif də bu görüşdə iki ölkə əməkdaşlıqlarının bütün ikitərəfli və regional sahələrdə genişləndirilməsi vacibliyini vurğulayaraq, deyib: Biz heç vaxt çətin şəraitdə İranın kənarında durmuş dostlarımızı unutmayacağıq.
O, əlavə edib: İran ilə Türkiyə arasında davamlı həmkarlıq şiə və sünni daxil olmaqla İslam dünyasına müsbət mesaj verir.
Doktor Zərif şənbə günü axşam həmçinin Türkiyənin prezidenti Rəcəb Tayyıb Ərdoğan ilə görüşüb.