İran sərhədlərində təhlükəsizlik bərqərardır
İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin sərhəd komandanı deyib ki, İran sərhədlərində təhlükəsizlik tam bərqərardır.
IRIB-nin məlumatına görə, İranın Hüquq-Mühafizə Qüvvələrinin sərhəd komandanı general-mayor pasdar Qasem Rezayi bazar günü 1395-ci şəmsi ilinin başlanması münasibətilə İranın qərbindəki Kürdüstan ostanında yerləşən Mərivan şəhrestanının sərhəd polkunun sərhədçiləri qarşısında deyib: İran sərhədlərinin səkkiz min kilometrindən geniş bir ərazidəki hazırkı asayiş və davamlı təhlükəsizlik bu diyarın sərhədçilərinin birliyi və yekdilliyinin nəticəsidir.
General Qasem Rezayi əlavə edib: Kürdüstan ostanı İraq ölkəsi ilə 200 kilometrdən çox müştərək sərhədlə İranın təhlükəsiz sərhəd ostanlarından biridir.
İranın Hüquq-Mühafizə Qoşunlarının sərhəd komandanı Mərivan şəhrestanının sıfır sərhəd nöqtəsindəki "Savoci" zastavasında olaraq, Mərivandakı sərhəd polku sərhədçilərinin səylərini yüksək qiymətləndirib.