Bu gün Xanım Fatimənin(s.ə) mövlud günüdür
Bu gün İslam Peyğəmbərinin(s.ə.s) əziz qızı Xanım Fatimə Zəhranın(s.ə) dünyaya göz açdığı gündür.
Xanım Fatimə Zəhra(s.ə) hicrətdən 8 il öncə, cəmadiüssani ayının 20-də dünyaya göz açıb.
Xanım Fatimə(s.ə) uşaqlıq dövrünü əziz atası Həzrət Məhəmməd Mustafanın(s.ə.s) kənarında, onun ilahi tərbiyəsi ilə keçirmiş olur. Və elm və fəzilətin zirvələrini fəth edir.
Həzrət Fatimə(s.ə) ailə qurduqdan sonra isə İmam Əli(ə)-ın kənarında həyat yoladşı və analıq vəzifəsini mümkün olan ən yaxşı formada həyata keçirir və İmam Həsən(ə) və İmam Hüseyn(ə) kimi iki böyük şəxsiyyəti tərbiyə edir.
Xanım Fatimə(s.ə) hər bir baxımdan dünya qadınları üçün bir nümunə sayılır və o xanımın doğulduğu gün İranda "ana" və "qadın" günü kimi qeyd olunur.
Bu gün həm də İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in anadan olduğu gündür.
İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı bu münasibətlə dünya müsəlmanlarını və dünya azadələrini təbrik edir.