Mart 30, 2016 09:56 Asia/Baku
  • Avstriya İran prezidentinin Vyanaya olacaq səfərinin təxirə düşməsindən təəssüfləndiyini bildirib
    Avstriya İran prezidentinin Vyanaya olacaq səfərinin təxirə düşməsindən təəssüfləndiyini bildirib

Avstriya prezidenti iranlı həmkarının ölkəsinə olacaq səfərinin təxirə düşməsindən təəssüfləndiyini bildirib.

İRİB-nin verdiyi məlumata görə, Avstriya prezidenti Hayns Fişer İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Vyanaya olacaq səfərinin təxirə düşməsindən təəssüfləndiyini bildirib və deyib: Hər bir ölkənin öz rəsmilərinin təhlükəsizliyi ilə bağlı qərar qəbul etməsi dərk ediləndir.

H.Fişer əlavə edib: Bu səfərin təxirə salınması Tehran-Vyana əlaqələrinin keyfiyyətinə mənfi təsir buraxmayacaq və iki ölkənin siyasi, iqtisadi, mədəni və elmi əməkdaşlıqları yüksək səviyyədə davam etdiriləcək.

Bundan öncə İran prezidentinin mart ayının 30-u və 31-də Vyanaya səfər edəcəyi bildirilmişdi.

Prezident Administrasiyasından verilən məlumata görə, cənab Həsən Ruhaninin Vyanaya olacaq səfəri təhlükəsizlik məsələlərinə və daha artıq ahəngdarlığın yaradılmasına görə, daha uyğun zamana kimi təxirə salınıb.

Teqlər