Ruhani: 12 fərvərdin demokratiya və islamçılığın təzahür etdiyi gündür
-
Ruhani: 12 fərvərdin demokratiya və islamçılığın təzahür etdiyi gündür
İran İslam Respublikası prezidenti: 12 fərvərdin, İran İslam Respublikası günü İranda demokratiya və islamçılığın təzahürü günüdür.
37 il öncə 12 fərvərdində İran xalqı vahid formada referendumda iştirak edərək, İslam Respublikasını dini dəyərlərə söykənən demokratik quruluş olaraq seçmiş oldu.
Həsən Ruhani çərşənbə günü Nazirlər Kabinetinin iclasında 12 fərvərdini və İran İslam Respublikasının dahi memarının xatirəsini yad edərək, deyib: İmam Xomeyni(r.ə) İslam İnqilabının qələbə çaldığı andan konstitusiyanın hazırlanmasına və İslam Respublikasının təyin edilməsində xalqın rəyinin əhəmiyyətinə təkid etdi.
İran prezidenti inqilab baş vermiş ölkələrdə adətən bütün qrumların formalaşmasından sonra ölkədə referendumun keçirildiyinə işarə edərək, deyib: İranda isə İmam Xomeyni(r.ə) öz təşəbbüsü ilə inqilabın qələbə çalmasından 2 aydan da az bir müddət sonra referendum keçirdi.
Ruhani həmçinin, Xanım Fatimənin(s.ə) mövlud günün təbrik edərək, "ana" və "qadın" günün yad edib və deyib: Xanım Fatimə(s.ə) fərdi, ailə və ictimai həyatda ən gözəl nümunədir. Bu gün icraedici orqanlarda, dövlət orqanlarında və digər sahələrdə çoxlu sayda qadın çalışır. Onlar öz vəzifələrinin öhdəsindən çox yaxşı gəlirlər. Qadın öz hicabını və iffətini qorumaqla yanaşı, ictimai vəzifələrin öhdəsindən də bacarıqla gəlir. Bu son dərəcə önəmlidir.