Borucerdi: İranın raket siyasətləri beynəlxalq qanunlarla təzadlı deyil
-
Borucerdi: İranın raket siyasətləri beynəlxalq qanunlarla təzadlı deyil
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib ki, İranın raket siyasətlərinin beynəlxalq qanunlar və qəbul olunmuş qətnamələrlə heç bir təzadı yoxdur.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Borucerdi IRIB ilə müsahibədə Sepah-ın İranın raket sahəsini qüdrətli etmək üzrə səylərini yüksək qiymətləndirərək, əlavə edib: İran İslam Şurası Məclisi qətiyyətlə bu qənaətdədir ki, silahlı qüvvələrin raket sahəsindəki siyasəti İran İslam Respublikasının milli təhlükəsizliyi ilə bağlıdır.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri sonra vurğulayıb: Səkkiz il icbari müharibədə olmuş və şəhərlərindən bir çoxunun çoxlu sayda raket hücumuna məruz qaldığı bir ölkə üçün raket siyasətləri önləyici bir üsul olacaq və İranın raket siyasətləri heç zaman dəyişməyəcəkdir.
İran İslam Şurası Məclisinin üzvü söyləyib: Atom bombasına malik olmamağı qəbul etmiş, digər tərəfdən, kimyəvi silahlar daxil olmaqla kütləvi qırğın silahlarını haram bilən və ona qarşı çıxan bir ölkə əgər mütənasib raket qüdrətinə malik olmazsa, əməldə düşməni hücuma tamahlandırmış olar.
Borucerdi həmçinin Qərb ölkələrinin İranın raket siyasətinə qarışmalarını pisləyərək, deyib: Amerika, İngiltərə, Fransa və Almaniyanın mövqeləri heç bir məntiqə malik deyil və İran İslam Şurası Məclisi üzvlərnin nöqteyi-nəzərincə, bu hərəkət pislənilir.