Cənubi Pars yatağından qaz kondensantının götürülməsi on beş faiz artıb
https://azeri.sahartv.ir/news/İran-i213262-cənubi_pars_yatağından_qaz_kondensantının_götürülməsi_on_beş_faiz_artıb
Pars Neft və Qaz Şirkətinin sərəncamçı müdiri ötən günəş ilində İranın Cənubi Pars yatağında qaz hasilatı və qaz kondensatı götürülməsinin on beş faiz artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2016 14:02 Asia/Baku
  • Cənubi Pars yatağından qaz kondensantının götürülməsi on beş faiz artıb
    Cənubi Pars yatağından qaz kondensantının götürülməsi on beş faiz artıb

Pars Neft və Qaz Şirkətinin sərəncamçı müdiri ötən günəş ilində İranın Cənubi Pars yatağında qaz hasilatı və qaz kondensatı götürülməsinin on beş faiz artmasından xəbər verib.

ŞANA neft və enerji informasiyası agentliyinin məlumatına görə, Pars Neft və Qaz Şirkətinin sərəncamçı müdiri Əli Əkbər Şəbanpur keçən ildə qaz kondensatı istehsalının artmasına toxunaraq, deyib: Müştərək Cənubi Pars yatağında qaz kondensatı istehsalı ötən günəş ilində 120 milyon barelə çatıbdır ki, 1393-cü günəş ilnidəki 104 milyon barel ilə müqayisədə on beş faizlik artıma malikdir.

Pars Neft və Qaz Şirkətinin sərəncamçı müdiri həmçinin proqnoz edibdir ki, bu il Cənubi Pars yatağının 17 və 18-ci bloklarının açılmasından əlavə, bu yatağın 19, 20 və 21-ci blokları layihəsi də istifadəyə veriləcəkdir.

Cənubi Pars yatağı dünyanın ən böyük qaz yatağı olaraq, Fars Körfəzində, İran və Qətər ərazi sularında yerləşir.