İran və Azərbaycan XİN başçıları Qarabağ böhranı barədə məsləhətləşmə apardılar
İran İslam Respublikası və Azərbaycan Respublikası xarici işlər nazirləri ikitərəfli əlaqələr, regiondakı mövcud problemlər, xüsusilə də Qarabağ böhranı barədə İranın şimalında Ramsər şəhərində görüşərək danışıqlar aparıblar.
İRNA-nın məlumatına görə, İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli dördüncü iclası Ramsər şəhərində baş tutur.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə deyib: Regiondakı mövcud problem və böhranları nəzərə alaraq bütün səylər səfərbər olmalıdır ki, bölgədə başqa bir böhran yaranmasın.
Qarabağda hərbi qarşıdurmaların dayandırılması və bölgəyə sabitliyin yenidən qayıtmasının vacibliyini vurğulayan Zərif əlavə edib ki, Ermənistan xarici işlər naziri ilə telefon danışığında Qarabağ münaqişəsinin dinc yolla həlli üçün İranın hazır olduğunu elan edib.
İran və Azrəbaycan Respbulikası xarici işlər nazirləri həmçinin görüşdə iktitərəfli əlaqələri, iki ölkə rəsmilərinin qarşılıqlı səfər və görüşləri, bütün sahələrdə, o cümlədən müxtəlif iqtisadi sahələrdə əməkdaşlıqların genişləndirilməsi üçün vacib addımların atılması barəsində fikir mübadiləsi aparıblar.
Azərbaycan Respublikası xarici işlər naziri ölkəsinin Rəşt-Qəzvin-Astara dəmiryolu xəttində sərmayə qoymağa hazır olduğunu bildirib.