Ruhani: Müqavimət İqtisadiyyatı siyasətlərinin icrası istiqamətində hökumətin proqramları davam edir
-
Ruhani: Müqavimət İqtisadiyyatı siyasətlərinin icrası istiqamətində hökumətin proqramları davam edir
İran İslam Respublikası prezidenti İslam İnqilabının Böyük Rəhbəri tərəfindən yeni günəş ilinin "Müqavimət İqtisadiyyatı; Təşəbbüs və Əməl" ili adlandırılmasına toxunaraq bildirib: Müqavimət İqtisadiyyatı siyasətlərinin icrası istiqamətində hökumətin proqram və addımları sürətli və güclü şəkildə davam edəcək.
İRNA-nın məlumatına görə, Höccətülislam vəlmüslimin Həsən Ruhani çərşəbə axşamı günü 1395-ci günəş ilində İran Ali İnqilab Mədəni Şurasının ilk iclasında xatırladıb: Müqavimət İqtisadiyyatının gerçəkləşməsi mədəniyyət, etika və həmrəyliyə ehtiyaclıdır və Ali İnqilab Mədəni Şurası bu istiqamətdə rol oynamalıdır.
Ruhani həmçinin bütün qüvvələr, orqanlar və qurumların Müqavimət İqtisadiyyatına diktə etməli olduqlarını bildirərək ümidvarlıq edib ki, milli birlik və həmrəyliklə iqtisadi fəalların yaradıcılığına şərait yaranacaq, həmçinin vətəndaşların Əhatəli Müştərək Təşəbbüs Proqramından sonrakı dövrdə iqtisadi fəaliyyətlərdə iştirakı maksimum şəkildə artacaq.
Ali İnqilab Mədəni Şurasının rəhbəri həmçinin bildirib: İnhisarın aradan qaldırılması, informasiya şəffaflığı, həmçinin sağlam rəqabətin yaradılması sayəsində davamlı iqtisadi inkişafı əldə etmək olar.
Bu iclasda həmçinin İslam İnqilabının Böyük Rəhbəri tərəfindən yeni günəş ilinin adlandırılmasının mədəni cəhətləri araşdırılıb və qərara alınıb ki, Ali İnqilab Mədəni Şurası ölkənin digər qurumlarının kənarında bu sahə üzrə ziyalılar və ekspertlərlə məsləhətləşmə apararaq "Müqavimət İqtisadiyyatı; Təşəbbüs və Əməl" perspektivinin icrası üçün şərait yaratmağa çalışsın.