İran nüvə ölkələrinin öhdəliklərinə sadiq qalmamasını tənqid etdi
https://azeri.sahartv.ir/news/İran-i213907-İran_nüvə_ölkələrinin_öhdəliklərinə_sadiq_qalmamasını_tənqid_etdi
İranın BMT-dəki səfiri nüvə tərksilahı sahəsindəki cari proseslərdən nigaranlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2016 09:14 Asia/Baku
  • İran nüvə ölkələrinin öhdəliklərinə sadiq qalmamasını tənqid etdi
    İran nüvə ölkələrinin öhdəliklərinə sadiq qalmamasını tənqid etdi

İranın BMT-dəki səfiri nüvə tərksilahı sahəsindəki cari proseslərdən nigaranlıq edib.

İranın BMT-dəki daimi nümayəndəsinin müavini və səfiri Qulamhüseyn Dehqani təşkilatın Baş Assambleyasının Nüvə Tərksilahı Komissiyasının iclasında etdiyi çıxışında deyib: Nüvə Silahlarının Yayılmamasına dair Saziş NPT-nin 6-cı müddəasına əsasən nüvə tərksilahı öhdəliklərinin icrasında heç bir hiss olunacaq irəliləyiş olmayıb və İran İslam Respublikası nüvə tərksilahı sahəsində cari proseslərdən dərin nigarandır.

Dehqani nüvə tərksilahına qarşı prosesləri açıqlayaraq deyib: ABŞ və İngiltərədə nüvə cəbbəxanalarının yenilənməsi üçün külli miqdarda vəsaitlər ayrılmışdır.

Dehqani nüvə silahları olmayan Yaxın Şərq regionunun yaradılması məqsədi barəsində də deyib: Sionist rejim bu məqsədin reallaşmasının yeganə maneəsidir.