Apr 12, 2016 13:43 Asia/Baku
  • İran və İtaliya arasında 6 əməkdaşlıq sənədi imzalandı
    İran və İtaliya arasında 6 əməkdaşlıq sənədi imzalandı

İran və İtaliya müxtəlif sahələri əhatə edən 6 əməkdaşlıq sənədi imzalayıblar.

İRNA-nın verdiyi məlumata görə, İran və İtaliya arasındakı əməkdaşlıq sənədləri bu gün çərşənbə axşamı İran prezidenti Həsən Ruhani və İtaliya baş naziri Mateo Rentsinin iştirakı ilə imzalanıb.

İran və İtaliya rəsmiləri arasında imzalanan anlaşma sənədləri əsasən turizm, mədəniyyət, sənaye, dəmir yolu, qaz ixracatı, hava limanları, dəmir armaturlar, polad məftillər və avtomobil sənayesində istifadə edilən kəmərlərin istehsalı üzrə əməkdaşlıqları əhatə edir.

İtaliya baş naziri Mateo Rentsi bu gün çərşənbə axşamı 250 nəfərlik siyasi-iqtisadi heyətin başında İrana səfər edib.

İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi və italiyalı sərmayə sahibləri və iş adamlarının İranda iştirakı Mateo Rentsinin Tehrana səfərinin əsas məqsədlərini təşkil edir.

Teqlər