Apr 12, 2016 14:08 Asia/Baku
  • İran prezidenti və İtaliya baş nazirinin birgə mətbuat konfransı
    İran prezidenti və İtaliya baş nazirinin birgə mətbuat konfransı

İran prezidenti Qərbdə cərəyan edən islamofobiya siyasətini tənqid edib və deyib: İslam terrorizm ilə hüç bir əlaqəyə malik deyil və səmavi dinlər dünyaya sülh və dostluq müraciətinə malikdirlər.

Həsən Ruhani bu gün çərşənbə axşamı Tehranda İtaliya baş naziri Mateo Rentsi ilə birgə mətbuat konfransında deyib: İran və İtaliya rəsmilərinin 3 aydan az bir müddət ərzində qarşılıqlı şəkildə baş tutan səfərləri iqtisadi, elmi və mədəni əlaqələrin genişləndirilməsi üzrə aydın bir müraciətə malikdir.

H.Ruhani İran və 5+1 qrupu arasındakı nüvə müzakirələrinə də işarə edib və deyib: Bu müzakirələrdə İtaliya iştirak etməsə də, italiyalı Federika Moqerininin Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi seçilməsi ilə, İtaliya bu müzakirələrdə üzərinə düşən rolu tam uğurla yerinə yetirmiş oldu.

İran prezidenti daha sonra deyib: İran və İtaliya terrorizm ilə mübarizə habelə, Suriya və Yəmən xalqlarına humanitar yardımlarına göstərilməsi məsələlərinə də təkid edirlər.

İtaliya baş naziri Mateo Rentsi də bu mətbuat konfransında deyib: İtaliya İrana qarşı sanksiyaların tam şəkildə ləğv edilməsinə və iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin sağlam atmosferdə inkişaf etdirilməsinə dəstək verməyə çalışır.

Teqlər