Ruhani: İranın qüdrəti qonşular və islam ölkələrinə qarşı deyil
-
Ruhani: İranın qüdrəti qonşular və islam ölkələrinə qarşı deyil
İran İslam Respublikası prezidenti deyib: İranın qüdrəti qonşular və islam ölkələrinə qarşı deyil.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü Ordu Günü münasibəti ilə keçirilən tədbirdə əlavə edib: İran İslam Respublikası ordusu İmam Xomeyninin (rə) fərmanı və vəsiyyəti və Ali Baş Komandanın tədbirinə əsasən islam ordusu, islam quruluşu ordusu və İran xalqının ordusudur.
İran İslam Respublikası prezidenti bildirib: İran xalqı bu gün ölkənin milli mənafeyini düşünən dini, islami və ordu motivləri ilə güclü və iqtidarlı olan ordu ilə fəxr edir. Çünki ordu İranın coğrafi, siyasi və mədəni sərhədlərini, xalqın imanı və adət-ənənələrini çox yaxşı şəkildə mühafizə edir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri deyib: Hazırda imperialist qüdrətlər və onların regiondakı muzdlularının İrana tamah və bu ölkə xalqına xəyanət gözü ilə baxa bilməmələrinin səbəbi, İran İslam Respublikasının iqtidarlı silahlı qüvvələridir.
İran prezidentinin sözlərinə görə, İran İslam Respublikasının qüdrəti aktiv önləyicilik mənasındadır. Lakin təhdid qarşısında təhdid edir və təcavüz qarşısında, təcavüzkarların əlini kəsəcəkdir.
Ruhani əlavə edib: Məkrli planlar yürüdənlər İran Silahlı Qüvvələrinin islami İranı müdafiə etmək iqtidarında olduğunu bilməlidirlər.
Bu gün bazar günü 17 aprel İran İslam Respublikası Ordu Günüdür.
İran İslam Respublikası Ordusu və Silahlı Qüvvələrinin paradı, İran prezidenti, Silahlı Qüvvələrin yüksək səviyyəli komandanları, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargahı, İslam İnqilabı Keşikçilər Koprusu, Hüquq-Mühafizə Orqanları, Müdafiə Nazirliyi və Bəsic Müstəzəfin Təşkilatının yüksək çinli komandanlarının iştirakı ilə keçirilib.