Ruhani: İran xalqı İslamofobiya və İranofobiyanı təsirsiz etdi
-
Ruhani: İran xalqı İslamofobiya və İranofobiyanı təsirsiz etdi
İran İslam Respublikası prezidenti deyib ki, böyük İran xalqı böyük qüdrətlər və sionizmin İslamofobiya və İranofobiyalarını təsirsiz edibdir.
Həsən Ruhani çərşənbə axşamı günü Semnan vilayəti əhalisinin əzəmətli toplusunda əlavə edib:İran xalqı bütün regional və beynəlxalq problemlər və sanksiya təzyiqlərinə qalib gələ bilibdir.
İran İslam Respublikası prezidenti İran ilə altılıq arasındakı nüvə razılaşması və nüvə anlaşmasının icrası barədə də deyib ki, nüvə anlaşması İran xalqı üçün siyasi və hüquqi bir iftixardır.
Ruhani əlavə edib: Nüvə anlaşması ilə İran İslam Respublikasına qarşı yönəlmiş BMT Təhlükəsizlik Şurasının altı və MAQATE-nin Direktorlar Şurasının on iki qətnaməsi bir-birinin ardınca ləğv və rədd olunaraq, tarixin zibilliklərinə tullandı.
İranın Milli Təhlükəsizli Ali Şurasınn sədri sonra söyləyib: Nə üçün bəziləri böyük bir tarixi uğur qazanmış İran xalqının əzəməti qarşsında baş əymək istəmirlər.
Ruhani sonra deyib: Bu gün iranlı ixracatçılar üçün yol açılıbdır, amma xarici investorların İrana gəlmələri vaxt aparacaq.