İran İslam Şurası Məclisi sədrinin mətbuat konfransı - Moskva
https://azeri.sahartv.ir/news/İran-i215773-İran_İslam_Şurası_məclisi_sədrinin_mətbuat_konfransı_moskva
İran İslam Şurası Məclisinin sədri deyib: Tehran və Moskva Azərbaycan və Ermənistanın aralarındakı ixtilafları siyasi yolla həll etmələrinə səy göstəriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2016 12:55 Asia/Baku
  • İran İslam Şurası Məclisi sədrinin mətbuat konfransı - Moskva
    İran İslam Şurası Məclisi sədrinin mətbuat konfransı - Moskva

İran İslam Şurası Məclisinin sədri deyib: Tehran və Moskva Azərbaycan və Ermənistanın aralarındakı ixtilafları siyasi yolla həll etmələrinə səy göstəriblər.

İRNA-nın məlumatına görə, Əli Laricani çərşənbə günü Moskvada keçirdiyi mətbuat konfransında Qarabağ münaqişəsi ilə bağlı İran və Rusiyanın baxışları haqda deyib: Regionda kifayət qədər gərginlik mövcuddur və yeni bir müharibənin baş qaldırmasına icazə vermək olmaz. Buna görə də İran və Rusiya Azərbaycan və Ermənistanın aralarındakı ixtilafı siyasi yolla həll etmələrinə çalışıblar.

İran Parlamentinin sədri daha sonra Buşehr Atom Elektrik Stansiyasının 2-ci fazasının quraşdırılması üzrə əldə olunmuş anlaşmanın icrasına başlandığından da xəbər verib.

Ə.Laricani deyib: İran və Rusiya hazırda Buşehr AES-nin 2-ci fazasının quraşdırılması üçün münasib məkanın tapılması və texniki standartlar barədə danışıqlar aparırlar.

İran parlamentinin sədri İran parlamentinin Rusiya ilə əlaqələrin genişləndirilməsi üzrə olan istənilən layihəni himayə etdiyini vurğulayıb və deyib: İki ölkə həmçinin regional və beynəlxalq böhranlar, təhlükəsizlik məsələləri və digər məsələlər barədə də davamlı olaraq müxtəlif səviyyələrdə müzakirələr aparırlar.

Ə.Laricani həmçinin, neftin qiymətinin aşağı düşməsini önləmək üçün istehsal miqdarının sabitləşdirilməsi məqsədi ilə Dohada keçirilən müzakirələrə işarə edib və deyib: Neft ixrac edən ölkələr təşkilatı OPEK-in üzvləri təyin olunmuş paylara malikdirlər və bu paya sadiq qalmalıdırlar. Neftin qiymətinin aşağı düşməsinin səbəbi isə kim tərəfindən icra edildiyi məlum olan fitnədir.