Prezident Ruhani: Bütün dövlətlər terrorizmlə mübarizə aparmalıdırlar
https://azeri.sahartv.ir/news/İran-i215827-prezident_ruhani_bütün_dövlətlər_terrorizmlə_mübarizə_aparmalıdırlar
İran İslam Respublikası prezidenti İraq baş naziri ilə telefonla danışıb. Telefon söhbətində İŞİD kimi terror qrulaşmaları ilə mübarizəni region və dünyanın bütün dövlətlərinin önəmli vəzifəsi adlandıran Həsən Ruhani bildirib: İran İslam Respublikası bu mübarizədə İraq dövləti və xalqının yanında olmuş və heç bir köməyi əsirgəməmişdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2016 04:50 Asia/Baku
  • Prezident Həsən Ruhani
    Prezident Həsən Ruhani

İran İslam Respublikası prezidenti İraq baş naziri ilə telefonla danışıb. Telefon söhbətində İŞİD kimi terror qrulaşmaları ilə mübarizəni region və dünyanın bütün dövlətlərinin önəmli vəzifəsi adlandıran Həsən Ruhani bildirib: İran İslam Respublikası bu mübarizədə İraq dövləti və xalqının yanında olmuş və heç bir köməyi əsirgəməmişdir.

Bəzi ölkələrin terrorizmlə mübarizədə şüar mərhələsindən addım atmaq mərhələsinə keçməli olduqlarının vacibliyini vurğulayan İran prezidentinin sözlərinə görə, təəssüflər olsun ki, bəzi ölkələr terrorizmlə mübarizədə vizuallığa üstünlük verməklə, hələ də silah yardımı və İŞİD-dən neft satın almaqla onu gücləndirməkdədir.

İraq baş naziri Heydər İbadi də telefon danışığında İraqın son siyasi və təhlükəsizlik prosesləri ilə əlaqədar məlumat verib.

İraqda İŞİD və digər terror qruplaşmaları ilə mübarizənin vəziyyəti barəsində məlumat verən baş nazir bildirib: İraq xalqı və dövləti İran İslam Respublikasının İŞİD-lə mübarizədəki müqavimətini alqışlayır.