Təbrizdə İmmunologiya və Allergiya Konqresi
https://azeri.sahartv.ir/news/İran-i216460-təbrizdə_İmmunologiya_və_allergiya_konqresi
Son bir neçə dekada ərzində tibb elmində diqqəti cəlb edəcək nailiyyətlərlə yanaşı immunologiya sahəsi irəliləyiş və çiçəklənməyə nail olmuşdur. İmmunologiya və insan orqanizminin müdafiə sistemi haqda məlumat dairəsinin genişlənməsi səbəb olub ki, bu elm xəstəliklərin müxtəlif səbəblərinin müəyyənləşməsində əsas rolu öz üzərinə götürsün.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2016 07:58 Asia/Baku
  • Təbrizdə İmmunologiya və Allergiya Konqresi
    Təbrizdə İmmunologiya və Allergiya Konqresi

Son bir neçə dekada ərzində tibb elmində diqqəti cəlb edəcək nailiyyətlərlə yanaşı immunologiya sahəsi irəliləyiş və çiçəklənməyə nail olmuşdur. İmmunologiya və insan orqanizminin müdafiə sistemi haqda məlumat dairəsinin genişlənməsi səbəb olub ki, bu elm xəstəliklərin müxtəlif səbəblərinin müəyyənləşməsində əsas rolu öz üzərinə götürsün.

13-cü İran İmmunologiya və Allergiya Konqresi tibb elminin bu sahəsinin son nailiyyətlərini araşdırmaq məqsədilə müəllimlər və mütəxəssislərin iştirakı ilə Təbrizdə keçirilir.

Bu tədbirin xüsusi qonağı olan Şərqi Azərbaycan ostanının valisi bu vilayətin elm, ixtisas və universitet potensialına toxunaraq ölkənin əsas bilik üzrə fəaliyyət göstərən şirkətlərini Təbrizdə yaradılan yeni bölgədə elm və texnologiya sahəsində aktiv iştiraka dəvət edib.

Cabbarzadə əsaslı bilik üzrə fəaliyyət göstərən şirkətlərin önəmli fəaliyyət dairələrindən birini ölkə üçün sərvətin yaradılması adlandırıb və xatırladıb: Təbrizin xüsusi elm və texnologiya məntəqəsində ticarət və iqtisadi keçmişi nəzərə alaraq, həmin məntəqə bu şirkətlərin potensiallarından istifadə edərək iqtisadi inama diqqəti cəlb edəcək köməyi göstərə bilər.