Ruhani: ABŞ-da İranın maliyyə hesabının saxlanılması aşkar oğurluq və rüsvayçılıqdır
-
Ruhani: ABŞ-da İranın maliyyə hesabının saxlanılması aşkar oğurluq və rüsvayçılıqdır
İran prezidenti ABŞ məhkəməsinin İranın maliyyə hesablarından təxminən 2 milyard dolların saxlanılmasını Amerika üçün açıq-aşkar oğurluq və hüquqi rüsvançılıq, eləcə də İran xalqına qarşı düşmənçiliyin davam etdirilməsi mənasında qiymətləndirib.
İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Nazirlər Kabinetinin iclasında Amerikda İranın maliyyə hesablarından təxminən 2 milyard dolların saxlanılmasına reaksiya verib: Hökumət İran xalqının nümayəndəsi olaraq xalqın hüququnun yerinə yetirilməsi üçün heç bir səyi əsirgəməyəcək və bu yolu nəticəyə çatana qədər davam etdirəcək.
Ruhani əlavə edib: Dünyanın bir yerində məhkəmə və yaxud qanunvericilik orqanının İran xalqının hüququ və əmlakı barəsində qərar çıxarması, tamamilə qeyri-qanuni və beynəlxalq hüquq və dünyada mərkəzi bankların hüquqi baxımdan malik olduqları toxunulmazlığa ziddir.
ABŞ-ın Ali Məhkəməsi 20 apreldə təsdiqləyib ki, Amerika məhkəmələri "terror cinayətləri" adı altında zərərçəkənlərin şikayətlərini araşdırdıqları zaman İranın dondurulmuş maliyyə vəsaitindən kompenasasiya olaraq istifadə edə bilərlər.