Ruhani: Demokratiya İİR Quruluşunun böyük iftixarlarındandır
-
İran İslam Respublikası prezidenti Həsən Ruhani
İran İslam Respublikası prezidenti demokratiyanı İran İslam Respublikası Quruluşunun böyük iftixarlarından adlandırıb.
Daxil olan məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani cümə axşamı günü şəhər və kənd islami şuralarının milli günü ilə bir zamanda Tehranda keçirilən böyük şuralar konfransında deyib ki, şəhər və kənd islami şuraları bütün İranda quruluşun və dövlətin güclü qollarıdırlar.
Ruhani İranda 117 min nəfərin şəhər və kənd islami şuralarının üzvü kimi iştirakını İran xalqı üçün böyük sərmayə adlandırıb. O, deyib: Xalqın səhnədə iştirakı və yüksək əhval-ruhiyyəsi onun səsi və İranda keçirilən bütün seçkilər işlərin görülməsində məşvərətin əhəmiyyətli olması mənasındadır.
İranın qanunvericilik hakimiyyətinin başçısı cümə günü İslam Şurası Məclisinə seçkilərin ikinci mərhələsinin keçirilməsinə işarə edərək, xalqın İranda 55 seçki dairəsindəki seçki məntəqələrində iştirakının vacibliyini vurğulayıb və belə deyib: İranın regiondakı iftixarı budur ki, ölkənin işlərini kollektiv düşüncə, ağıl və məşvərətlə irəliyə aparır.
İran İslam Respublikası prezidenti həmçinin Amerika tərəfindən İranın iki milyard dollar maliyyəsinin müsadirə olunmasına toxunaraq, deyib: Amerika dövləti mütləq öz qanunsuz əməllərinə görə, məsuliyyətn daşıyır və İran dövləti bu məsələni nəticəyə çatanadək izləyəcək.