Apr 28, 2016 17:15 Asia/Baku
  • 
Sabah İslam Şurası Məclisinə seçkilərin ikinci mərhələsi keçiriləçək
    Sabah İslam Şurası Məclisinə seçkilərin ikinci mərhələsi keçiriləçək

İran İslam Şurası Məclisinə seçkilərin ikinci mərhələsi sabah, cümə günü, aprelin 29-da İranın 21 vilayətində yerdə qalan 69 yer üçün keçiriləcək.

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayəti doqquz və ölkənin cənub-qərbində yerləşən Xuzistan vilayəti səkkiz yerlə İslam Şurası Məclisinə seçkilərin ikinci mərhələsində rəqabət üçün parlament yerlərinin ən çoxunu özlərinə aid ediblər.

Aprelin 21-də 55 seçki dairəsində başlanmış İslam Şurası Məclisinə seçkilərin ikinci mərhələsinin 136 namizədinin təbliğatları bu gün, cümə axşamı günü, səhər başa çatıb.

İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının sədri Mohəmməd Huseyn Moqiminin sözlərinə görə, bütün imkanlar İslam Şurası Məclisinə seçkilərin ikinci mərhələsinin keçirilməsi üçün hazırdır.

İslam Şurası Məclisinə seçkilərin onuncu və Rəhbərlik Xübrəqanı Məclisinə seçkilərin beşinci dövrü 2016-cı il fevralın 26-da bütün İranda xalqın geniş iştirakı ilə keçirildi.

Teqlər