Apr 28, 2016 20:01 Asia/Baku
  • İran parlamentinin sədri nüvə anlaşmasının icrasını vurğulayıb
    İran parlamentinin sədri nüvə anlaşmasının icrasını vurğulayıb

İran İslam Şurası Məclisinin sədri deyib: Qərblilər etimadediləsi deyillər və əgər öz öhdəliklərinə əməl etməzlərsə, İran İslam Respublikası öz vasitələri ilə onları nüvə anlaşması qarşısındakı öhdəliklərini yerinə yetirməyə məcbur edəcək.

Əli Laricani cümə axşamı günü Tehranda Milli Geopolitik Dəyişikliklər Konfransında əlavə edib: Nüvə məsələsində iranlılar sayıq rəftara malik olublar, zira bir çox məsələlər, o cümlədən İranın uran zənginləşdirilməsi təsbit oldu və bu işlə qərblilər özlərinin saxta dosyalarını yığışdırmağa məcbur oldular.

İran İslam Şurası Məclisinin sədri regionun durumu və terrorizm xətəri barədə də deyib ki, qərblilər terrorizmlə mübarizədə ciddi deyillər.

İranın qanunvericilik hakimiyyətinin sədri söyləyib: Bu gün Amerikanın amilləri tərəfindən formalaşdırılmış region problemlərindən biri, məzhəbi savaşdır ki , bu da reallıqdan uzaqdır və region ölkələri də bu sahədə Amerikanın hədəfləri istiqamətində amerikalılara kömək ediblər.

İran İslam Şurası Məclisinin sədri əlavə edib: Amerikalılar və Qərb region ölkələrinin nefti və təbii mənbələrini qarət etmək ardıncadırlar.

Teqlər