May 01, 2016 08:43 Asia/Baku
  • Ərdəşir Laricani: Amerikanın yalan iddialarına cavab verəcəyik
    Ərdəşir Laricani: Amerikanın yalan iddialarına cavab verəcəyik

İranın Məhkəmə Hakimiyyətinin beynəlxalq məsələlər üzrə sədr müavini Amerikanın İranda insan haqları barədəki əsassız hesabatını rədd edərək, deyib ki, İran İslam Respublikası daim amerikalıların yalan iddialarını cavablandırıbdır.

İranın Məhkəmə Hakimiyyətinin beynəlxalq məsələlər üzrə sədr müavini Məhəmməd Cavad Ərdəşir Laricani şənbə günü gecə İranın ikinci telekanalı ilə xüsusi müsahibədə deyib: Tezliklə Amerikanın İranda insan haqları barədəki əsassız hesabatına ciddi cavab verəcək və Amerikanın insan haqları sahəsindəki cinayətlərini ifşa edəcəyik.

Laricani Amerikanın digər ölkələr barədəki insan haqlarına dair iddilarını gülünc adlandıraraq, deyib: İnsan haqları ilə ziddiyyət simvolu olan bir ölkə insan haqları carçısı ola bilməz.

İranın Məhkəmə Hakimiyyətinin beynəlxalq məsələlər üzrə sədr müavini bir amerikan məhkəmənin son qərarı barədə də belə vurğulayıb: Amerika özünün son məhkəmə qərarında küçə oğurluğu edib və yalnız İranın müqaviməti onların ağıllarını başlarına gətirə bilər.

Laricani deyib: Bu fenomendə davranışların patologiyasını öyrənməklə ibrət dərsləri almalıyıq.

İranın Məhkəmə Hakimiyyətinin beynəlxalq məsələlər üzrə sədr müavini söyləyib: Amerikanın İranın maliyyələrini oğurlamaq üzrə son davranışı ilə bağlı mühüm dərs budur ki, heç bir vəchlə onlara etimad etmək olmaz.

Amerika Ali Məhkəməsi ötən çərşənbə günü 1983-cü ildə Beyrutda baş vermiş bomba partlayışı qurbanlarının ailələrinə təqribən iki milyard dollar kompensasiyanın İranın dondurulmuş maliyyələri məkanından ödənilməsini təsdiq etdi. İran 1983-cü ildə 241 amerikalı əsgərin ölümü ilə nəticələnmiş Amerikanın Beyrutdakı dəniz qüvvələri bazasında baş vermiş partlayışda hər cür müdaxiləsini rədd edibdir.

İranın Məhkəmə Hakimiyyətinin beynəlxalq məsələlər üzrə sədr müavini nüvə anlaşmasının yüz gün icrası barədə isə belə deyib: Gözləyirdik ki, öhdəliyi yerinə yetirdiyimiz vaxt qarşı tərəflər də bu cür davranacaqlar, amma onlar sabotaj törətməkdə davam edir və digər imtiyazlar qarşılığında sanksiyaların bir damcısını götürmək ardıncadırlar.

O, əlavə edib: Nüvə anlaşmasının yerinə yetirilməsində bir müvazinətsizlik görünür və məsələni yenidən nəzərdən keçirməliyik, zira nüvə anlaşmasının özündə onun mexanizmləri nəzərdə tutulub və İran bu yolu birtərəfli şəkildə getməməlidir. Amerikalıların rəftarlarından ehtiyatlı olmalı və qara dəliklərə düşməməliyik.

Laricani deyib: Əlbəttə, nüvə anlaşmasının icrası dövründə bəzi diplomatik fəaliyyət və açılışlar olubdur, amma yetərli deyil, bu hallarla kifayətlənməməliyik və sanksiyaların götürülməsi əsas hədəf olubdur.

Teqlər