May 01, 2016 11:29 Asia/Baku
  • İranın neft naziri C.Koreyanın infrastruktur və nəqliyyat naziri ilə görüşüb
    İranın neft naziri C.Koreyanın infrastruktur və nəqliyyat naziri ilə görüşüb

İranın neft naziri deyib ki, Cənubi Koreya İrandan neft və qaz məmulatlarının satın alınmasını gündə yüz min barreldən dörd yüz min barrelədək artırıb.

İranın neft naziri Bijən Namdar Zəngənə bazar günü Tehranda Cənubi Koreyanın infrastruktur və nəqliyyat naziri Kanq Ho İn ilə görüşdən sonra müxbirlər qarşsında əlavə edib: Cənubi Koreyanın bankları və ixracar sığortaları İranda fəaliyyət üçün koreyalı şirkətlərin maliyyə işlərində həmkarlıq etməlidirlər. Əlbəttə, koreyalı nazir bildirdi ki, bu barədə bir neçə paket hazırlayıb və Cənubi Koreya prezidentinin İrana səfəri gedişində yekunlaşacaq və bu haqda memorandum imzalanacaq.

İranın neft naziri Cask adasında "Bəhmən Gena" neftayırma zavodu, "LNG" və "Uca Söyüd-2" neftayırma zavodu, eləcə də etanı və neft-kimya xammalını ayıran "Cənubi Pars yatağının 12-ci blokunun ikinci bölməsinin genişləndirilməsi", həmçinin "İran LNG" layihələrini koreyalı tərəfin iranlı şirkətlərlə həmkarlıq etməyə hazır olduqları layihələrdən adlandırıb.

Cənubi Koreyanın yer, infrastruktur və nəqliyyat naziri də deyib ki, Cənubi Koreya prezidentinin İrana səfəri gedişində iyirmi milyard dollar dəyərində razılaşma, memorandum və əməkdaşlıq sənədi imzalanacaq.

Kanq Ho İn İranın neft naziri ilə görüşdən sonra müxbirlər qarşısında bildirib ki, əməkdaşlıq sənədlərinin imzalanması İran və Cənubi Koreyanın həmkarlıqlarının genişlənməsi üzrə şərait yaradır. O, qeyd edib ki, İranla həmkarlıq üçün bir çox fürsətlər mövcuddur.

Teqlər