May 02, 2016 13:44 Asia/Baku
  • İran və Cənubi Koreya arasında 19 əməkdaşlıq sənədi imzalandı
    İran və Cənubi Koreya arasında 19 əməkdaşlıq sənədi imzalandı

İran və Cənubi Koreya prezidentləri cənab Həsən Ruhani və xanım Park Quin Hey-in iştirak etdiyi mərasimdə iki ölkə rəsmiləri arasında 19 əməkdaşlıq sənədi imzalanıb.

İki ölkə arasında imzalanmış bu sənədlər dəniz nəqliyyatı, bank sektoru, enerji, neftayımra və neft-kimya sənayesi, balıqçılıq və digər sahələr üzrə əməkdaşlıqları əhatə edir. İmzalanmış sənədlərə əsasən 2017-ci il İran və Cənubi Koreya üçün mədəniyyət ili elan edilib. İran və Cənubi Koreyanın səhiyyə və təhsil nazirlikləri arasında da əməkdaşlıq sənədi imzalanıb. Həmçinin, məhbusların mübadilə edilməsi, sığorta şirkətləri arasında əməkdaşlıq, gömrük əməkdaşlıqları, İran və Cənubi Koreya arasına imzalanan digər əməkdaşlıq sənədləri olub.

Teqlər