May 02, 2016 17:24 Asia/Baku
  • İran və Cənubi Koreya prezidentləri
    İran və Cənubi Koreya prezidentləri

Cənubi Koreya prezidenti Tehran-Seul əməkdaşlıqlarının perspektivinin müəyyən edildiyinə işarə edərək, deyib: Tehrana olan səfərim zamanı iki ölkənin ilk müştərək bəyanatı verilmiş olacaq və bu da iki ölkə əlaqələrinin inkişafı üçün yaxşı bir mayak sayıla bilər.

Xanım Park Quen Hey İran prezidenti cənab Həsən Ruhani ilə birgə mətbuat konfransında Tehran və Seul arasında 1962-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri İrana səfər edən ilk Cənubi Koreya prezidenti olmasına işarə edərək, deyib: İran və beynəlxalq ictimaiyyət arasında əlaqələrin yeni inkişaf səhifəsinin açılması ilə bir vaxta təsadüf edən bu səfər son dərəcə mühüm və tarixi sayılır və hər iki tərəf əməkdaşlıqlar və münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilməsində maraqlıdırlar.

Teqlər