İran və Rusiya Suriyada terrorçulara qarşı mübarizənin davam etdirilməsini vurğulayıblar
https://azeri.sahartv.ir/news/İran-i217189-İran_və_rusiya_suriyada_terrorçulara_qarşı_mübarizənin_davam_etdirilməsini_vurğulayıblar
İran və Rusiya xarici işlər nazirləri müavinləri Suriyada terrorçu qruplaşmalara qarşı mübarizənin davam etdirilməsini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2016 06:32 Asia/Baku
  • İran və Rusiya Suriyada terrorçulara qarşı mübarizənin davam etdirilməsini vurğulayıblar
    İran və Rusiya Suriyada terrorçulara qarşı mübarizənin davam etdirilməsini vurğulayıblar

İran və Rusiya xarici işlər nazirləri müavinləri Suriyada terrorçu qruplaşmalara qarşı mübarizənin davam etdirilməsini vurğulayıblar.

İRNA-nın məlumatına görə, İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan və Rusiya xarici işlər nazirinin müavini Mixayil Boqdanov çərşənbə günü Moskvada baş tutan müzakirələrinin sonunda bildiriblər: Hər iki ölkə Suriya böhranının siyasi yolla həll edilməsi üzrə öz prinsipial mövqeyinə təkid etməklə yanaşı, Ənnüsrə Cəbhəsi və İŞİD kimi terror qruplaşmalarına qarşı mübarizənin aparılmasını da zəruri hesab edir.

Əmir Abdullahiyan rusiyalı həmkarı ilə müzakirələrində regional məsələlər o cümlədən Suriya, İraq, Yəmən və Fələstin mövzularının araşdırıldığına işarə edib və deyib: Tehran və Moskva Suriyada atəşkəsin möhkəmləndirilməsinə inanır. Terrorçuların nəzarəti altında olan ərazilər istisna olmaqla bütün məntəqələrdə atəşkəs qorunmalıdır.

İran rəsmisi Suriyada terrorçu qruplar ilə müxalif qruplar arasında fərq qoyulmasını da vacib məsələ adlandırıb və deyib: silahlı qruplar öz silahlarını yerə qoymalı və mövcud böhranı siyasi yolla həll etməyə çalışmalıdırlar. Bu arada Moskva və Tehran Cenevrədə cərəyan edən sülh danışıqlarına kömək etməyə çalışırlar.

Rusiya xarici işlər nazirinin müavini də jurnalistlərə açıqlama verib: "Tehran və Moskva BMT TŞ-nin Suriya ilə bağlı 2254 və 2268 saylı qətnamələrində dərc olunmuş müddəaların icra edilməsini istəyirlər.

Boqdanov əlavə edib: İran və Rusiya Suriya böhranı ilə bağlı məntiqli mövqeyə malikdirlər və dünya ictimaiyyətinin İŞİD və Ənnüsrə Cəhbəsi kimi terror qruplaşmaları ilə mübarizə aparmalı olduğunu vurğulayırlar.