Əlirza Rzayi Pəhləvanlıq Güləşi Federasiyasının prezidenti seçildi
İstanbul iclasında Əlirza Rzayi Pəhləvanlıq Güləşi Federasiyasının prezidenti olaraq seçilib.
Dünya Pəhləvanlıq Federasiyası Rəyasət Heyəti keçirdiyi iclasda İran İslam Respublikasından Əlirza Rzayini bu idman növünün beynəlxalq konqresi keçirilənə qədər federasiyanın prezidenti olaraq seçib.
Əlirza Rzayi bununla əlaqədar deyib: Düşünürəm ki, pəhləvanlıq güləşi dünyanın hazırkı güləşinə ən oxşar idman növüdür. Dünya Güləş Birliyi və Olimpiya Beynəlxalq Komitəsi sərbəst və yunan-roma güləşləri və qədim güləşlər üzrə siyasətini tətbiq edir. Buna görə də, fikrimcə, Pəhləvanlıq Güləş Federasiyası Asiya Oyunları, hətta Olimpiya oyunlarında öz yolunu aça və bu istiqamətdə yolunu davam etdirmək üçün böyük imkana malikdir.
Dünya Güləş Birliyi qədim güləşləri himayə etməklə bu idman növünə Olimpiyada şərait yaratmağa çalışır.
Gürcüstanlı idmançı deyib: Mən dəfələrlə, illərlə İranda güləşmişəm. Güləşin mənasını dərk edirəm. Əziz dostum cənab Rəsul Xadimin yanında sizə söz verirəm ki, öz ölkəm Gürcüstanda və digər ölkələrdə öz növbəmdə bu idmanın qloballaşması və olimpiyada keçirilməsinə çalışacağam.
İstanbul iclasında İran İslam Respublikası Güləş Federasiyasının rəhbəri Rəsul Xadim də müşahidəçi qismində iştirak edib.
Pəhləvanlıq güləşi bu idman növü ilə əlaqədar bütün güləşlərin mənbəyidir və İran İslam Respublikasının adın dünyada qeydə alınıb.