İranda müqavimət və qələbə günü
1982-ci ildə 3 xordadda (23 may) İranın cənub-qərbində Xürrəmşəhr azad olunmuşdur.
İran İslam Respublikası təqvimində bu gün Müqavimət, Fədakarlıq və Qələbə Günü adlandırılmışdır.
Müqəddəs Müdafiənin fəxrli illərində böyük günlər qeydə alınmışdır. Belə ki, zehnlərdə onun əhəmiyyəti həmişə qalacaqdır. 3 Xordad 8 illik elan olunmamış müharibə illərində yəni İraqın edam olunmuş diktatoru Səddamın İran əleyhinə müharibəsində Xürrəmşəhrin azad olunduğu gün də Müqəddəs Müdafiənin 8 illik dövründə həmin fəxrlərdəndir.
Xürrəmşəhrin azad olunması qəhrəmanlığı bütün cəhətlərdə, həm hərbi, qəhrəmanlıq, həm də mədəni baxımdan İran İslam İnqilabı tarixində önəmli dönüş nöqtəsidir. Və İran xalqının imperializmə qarşı ruhiyyəsi bu gün daha güclü və daha möhkəm olmuş və daha da zirvələrə yüksəlmişdir.
3 xordad təkcə Xürrəmşəhrin azad olunması deyil, təcavüzkar qüvvələr qarşısında bu şəhərin müdafiəçilərinin alqışalayiq fədakarlığı və müqavimətini də xatırladır.
İran və iranlılar bu gün Xürrəmşəhrin azad olunmasını bir daha qeyd edir, məktəblərin zəngi bu böyük gün üçün çalınır və insanlar və müxtəlif qurumlar İran tarixindəki bu böyük və əbədi günü qeyd edirlər.