Tehranda "Afrika Günü" qeyd olundu
https://azeri.sahartv.ir/news/İran-i219265-tehranda_afrika_günü_qeyd_olundu
Bu gün Tehranda ölkə rəsmiləri və xarici ölkə səfirlərinin iştirakı ilə "Afrika Günü" adlı tədbir keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2016 08:16 Asia/Baku
  • Məhəmməd Şəriətmədari
    Məhəmməd Şəriətmədari

Bu gün Tehranda ölkə rəsmiləri və xarici ölkə səfirlərinin iştirakı ilə "Afrika Günü" adlı tədbir keçirilib.

İran prezidentinin müavini Məhəmməd Şəriətmədari bu mərasimdə deyib: İran İslam Respublikası Afrika ölkələri ilə əlaqələrinin hərtərəfli formada inkişaf etdirilməsini istəyir. Və İran hökumətinin Afrika qitəsində infrastrukturların inkişaf etdirilməsində dövlət və özəl sektorun iştirakına dəstək nümayiş etdirilməsi ilə yanaşı, bu qitədə yoxsulluğun azaldılması və iqtisadi inkişafa köməyə hazır olduğunu da bildirib.

25 may İranda "Afrika Günü" adlandırılıb.