BMT: İŞİD İraq və Suriyada soyqırımı törədib
-
BMT: İŞİD İraq və Suriyada soyqırımı törədib
Birləşmiş Millətlər Təşkilatı bildirib ki İŞİD terror qrupu İraq və Suriyada Yezidilər cəmiyyətinə qarşı soyqırımı və hərbi cinayət törədib.
Associated Press-in Cenevrədən verdiyi məlumata görə BMT-nin tabeliyində olan Suriya və İraqda cinayətlərin araşdırılması şurası adlı iş qrupu bu gün özünün ilk hesabatını yayıb. Hesabatda İŞİD-in xüsusi ilə İraq və Suriyadakı yezidilər əleyhinə cinayətləri öz əksini tapır.
Birləşmiş Millətlər Təşkilatının iş qrupunun hesabatına görə hələ 3200 yezidi qadın və uşaq İŞİD-in əsiridir.
Hesabatda İŞİD-in qul bazarlarına işarə olunur, qeyd edilir ki, bu bazarlarda yezidi qadın və uşaqlar sadəcə İŞİD terrorçularına satılırlar.
İŞİD 2014-cü il avqustda İraqın şimal qərbində yezidilərə hücum edərək onların çoxunu Suriyaya köçürdü.
Öncə də İŞİD ünsürləri tərəfindən yezidi qadınlara təcavüz və onlardan qul kimi istifadə edilməsi barədə bir çox məlumatlar yayılmışdır.