İkinci Qədr gecəsi mərasimi keçirilib
Mübarək Ramazan ayıın 21-ci gecəsi və ikinci Qədr gecəsində müxtəlif xalq kütlələri "İlahi əl-Əfv"i zümzümə ediblər.
İran vətəndaşları məscidlər, hüseyniyyələr, təkyələr və pak ziyarətgahlarda Allah-taala dərgahına raz-niyaz edərək Allahdan onlar üçün yaxşı taleyi qismət etməsini istəyiblər.
Bu mərasimdə Cövşən-Kəbir duası oxunduqdan sonra, Quran-Kərimin başa tutması başlanıb və möminlər Allah kəlamının sayəsində Allahdan bağışlanmağı diləyiblər.
Fəzilətli Qədr gecəsində natiqlər bu gecənin fəlsəfəsi, əzəməti, eləcə də Əli İbn Əbitalibin (ə) həyat tərzi və onun şəxsiyyətinin böyüklüyü barəsində söhbət ediblər.
Cövşən-Kəbir, Əbu Həmzə Somali dualarının oxunması, əzadarlıq, məddahlıq, mərsiyyələrin oxunması Qədr gecələrinin proqramlarındandır.