Ayətullah Məkarim Şirazi: Şiəliyin Quran üçün gördüyü işləri heç kəs görməyib
https://azeri.sahartv.ir/news/İran-i223981-ayətullah_məkarim_Şirazi_Şiəliyin_quran_üçün_gördüyü_işləri_heç_kəs_görməyib
Təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi deyib: Şiələrin Quran-Kərimin izzəti və əzəməti üçün gördüyü işləri heç bir müsəlman görməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2016 06:46 Asia/Baku
  • Ayətullah Məkarim Şirazi
    Ayətullah Məkarim Şirazi

Təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi deyib: Şiələrin Quran-Kərimin izzəti və əzəməti üçün gördüyü işləri heç bir müsəlman görməyib.

İRNA-nın məlumatına görə, Ayətullah Məkarim Şirazi bazar günü qızıl və gümüş işləməli olan dünyanın ən iri Quran əlyazmasının təqdimatı mərasimində deyib: İran İslam İnqilabından sonra şilər tərəfindən bu kimi böyük işlərin görülməsi şiəlik ilə Quran arasındakı əlaqələrlə bağlı şəkk və şübhələrə ən yaxşı cavabdır.

O, Quranın əzəmətinin müxtəlif formalarda dünyaya nümayiş etdirməyi zəruri adlandırıb və deyib: Quranın əzəmətini nümayiş etdirməyin yollarından biri incəsənətdən istifadə etməkdir. Və indiyə qədər bu sahədə yaxşı işlər görülüb.