Ruhani: İran var gücü ilə məzlum xalqları müdafiə edəcək
https://azeri.sahartv.ir/news/İran-i224305-ruhani_İran_var_gücü_ilə_məzlum_xalqları_müdafiə_edəcək
İran prezidenti deyib: İran İslam Respublikası var-gücü ilə məzlum xalqları və Əhli-Beyt(ə)-in pak hərəmlərini müdafiə edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2016 10:41 Asia/Baku
  • Ruhani: İran var gücü ilə məzlum xalqları müdafiə edəcək
    Ruhani: İran var gücü ilə məzlum xalqları müdafiə edəcək

İran prezidenti deyib: İran İslam Respublikası var-gücü ilə məzlum xalqları və Əhli-Beyt(ə)-in pak hərəmlərini müdafiə edəcək.

Həsən Ruhani bu gün səadətli Fitr bayramı münasibətilə İslam İnqilabının Böyük Rəhbərinin ölkə və ordunun məsul şəxsləri, islami ölkələrin səfirləri və xalqın müxtəlif təbəqələrindən bir qrupu ilə görüşündə bir çox islami ölkədə didərginlik, qırğın, zorakılıq və terrorizmin yayılmasını İslam dünyası üçün bir müsibət adlandırıb.

İran İslam Respublikası prezidenti vurğulayıb: Bu gün daha bütün islami ölkələrin başçıları, hətta qəflətdə olanlar üçün aydın olmalıdır ki, terror və terrorizm sərhəd və xas bir xalqı tanımır və bir zaman kəsiyi üçün fikirləşən və bəzi qruplardan bir alət kimi istifadə etmək istəyən kəslər bilməlidirlər ki, terrorizm bütün İslam dünyası üçün bir xətərdir.

"İran İslam Respublikası İslam dünyasının problemlərinə nə göz yumur, nə də ki, əlini-əlinin üstünə qoyur" deyən Ruhani əlavə edib: Ötən illərdə olduğu kimi, İranın xalqı və dövləti yardımın istənilməsi qarşısında müqəddəs ziyarətgahlar və məsumlar(ə)-ın pak hərəmlərini, eləcə də məzlum xalqları müdafiə edəcək və pak imamlar(ə)-ın xüsusiyyəti olan bu yol ilə iftixar edir və onu davam etdirəcək.

İran prezidenti həmçinin bütün dünya müsəlmanlarını, islami ölkələrin səfirlərini, xüsusilə İran xalqını və İslam İnqilabının Böyük Rəhbərini səadətli Fitr bayramı münasibətilə təbrik edərək, Ramazanı mərifət, rəhmət, Allah-Taalaya ibadət və qonaqlıq ayı, Qədr və əhya gecələri və Quran qiraəti ayı adlandırıb və belə deyib: Xalq builki Ramazanda və yayın isti havasında yeyib-içməkdən əl çəkərək, bu ayın imtahanından başıuca çıxdı.