İyul 07, 2016 09:02 Asia/Baku
  • Məhəmməd Cavad Zərif -Vanq Yi
    Məhəmməd Cavad Zərif -Vanq Yi

İran İslam Respublikası və Çin Xalq Respublikası xarici işlər nazirləri çərşənbə günü nüvə anlaşmasının icrasına hesablanmış əməkdaşlıqların davam etdirilməsinə təkid ediblər.

Çin xəbər agentliyi Sinxoa-nın verdiyi məlumata görə, Çinin xarici işlər naziri Vanq İ iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə saxladığı telefon əlaqəsində nüvə anlaşmasının icrası üzrə əməkdaşlıqların davam etdirilməsini vurğulayıb.

Vanq İ həmçinin, Çin Xalq Respublikası prezidenti Şi Cin Pinqin yanvar ayında İrana olan səfərinə işarə edib və deyib: Tərəflər əldə olunmuş nüvə anlaşmasının icrası istiqamətində müsbət nailiyyətlər əldə ediblər.

Çin xarici işlər naziri daha sonra ümidvarlıq edib ki, nüvə anlaşmasının bütün tərəfləri üzərlərinə düşən vəzifəyə əməl etsinlər, qarşılıqlı etimadın yüksəldilməsinə yönəlmiş addımlar atsınlar və BMT TŞ-nin 2231 saylı qətnaməsini və İranın Ərak ağır su reaktoru ilə bağlı əldə olunmuş anlaşmanı icra etsinlər.

İran xarici işlər naziri də bu telefon danışığında Ərak ağır su reaktorunun rekonstruksiyasında Çinin rolunu müsbət dəyərləndirib və deyib: İran nüvə anlaşmasının icrası prosesini möhkəmləndirmək məqsədi ilə Çin ilə əməkdaşlıq edəcək.

Teqlər