İyul 13, 2016 17:11 Asia/Baku
  • Həsən Ruhani
    Həsən Ruhani

İran İslam Respublikası prezidenti deyib: İran nüvə anlaşması çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiqdir

Prezident Administrasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, İİR Prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında İranın 5+1 ilə nüvə anlaşmasının ildönümü gününə işarə edərək deyib: Nüvə işi ilə bağlı müştərək təşəbbüs üzrə yekun proqram bütün ölkələrin və beynəlxalq sülh, təhlükəsizlik, sabitlik və inkişatın xeyrinədir, onu pozmaq isə hamıya ziyan vuracaq.

İİR prezidenti nüvə anlaşmasının daxili inkişafa, regional sabitliyə, beynəlxalq sülh və təhlükəsizliyə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirərək deyib: Hamının milli mənafe və ağıl əsasında, BƏRCAM-ın icrası və möhkəmləndirilməsi eləcə də ondan beynəlxalq və regional səviyyədə ümumi faydalanmaq üçün səy göstərməlidir.

Ruhani hər bir tərəfin nüvə anlaşmasını pozmağa başlaması təqdirdə beynəlxalq səhnədə uduzan tərəf olacağını vurğulayaraq deyib: İran İslam Respublikası bütün dünyaya sübut etdi ki, siyasi məsələlər və hüquqi və texniki mövzularda elə qabiliyyətə malikdir ki, mürəkkəb beynəlxalq bir mövzunun həlli üçün super güclərlə müzakirə edə və İran xalqının hüquqlarını layiqli şəkildə müdafiə edə bilir.

İran prezidenti nüvə anlaşması vasitəsi ilə İrana qarşı sanksiyaların aradan qaldırılması, İranın öz müdafiə və hərbi qabiliyyətini gücləndirməsinə toxunaraq deyib: Əlbəttə hələ bəzi silahların satın alınması buruşuq yolla tələb edir ki, o da öz həllini tapmalıdır.

Teqlər